525.Az

Cocuq Mərcanlı məktəbliləri Dillər Universitetində


 

Cocuq Mərcanlı məktəbliləri Dillər Universitetində<b style="color:red"></b>

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və şagirdləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

Qonaqları salamlayan ADU-nun rektoru, akademik Kamal Abdulla onların universitetə gəlişindən şad olduğunu bildirib.

Məktəbin direktoru Zamin Həziyev ADU tələbələrinin rəhbərlik etdiyi təhsil ocağındakı uğurlu pedaqoji təcrübəsindən danışıb. O, faydalı və xeyirxah təşəbbüsünə görə akademik Kamal Abdullaya, o cümlədən, layihə iştirakçılarına öz təşəkkürünü bildirib.

Z.Həziyev deyib ki, ADU-nun hədiyyə etdiyi avadanlıqlar vasitəsilə məktəbdə yaradılan xarici dil kabineti xarici dilin tədrisində daha səmərəli fəaliyyət göstərəcək.

 





21.04.2019    çap et  çap et