525.Az

İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb


 

İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri aprelin 15-dən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) istehsalat təcrübəsi keçirlər.

İstehsalat təcrübəsi keçən tələbələrlə görüşdə rektor Ceyhun Məmmədov dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, ali təhsil müəssisəsində tədris prosesi ilə yanaşı, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə ardıcıl dəyirmi masalar, treninqlər, seminarlar və görüşlər keçirildiyini qeyd edib. C.Məmmədov istehsalat təcrübəsinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu nəzərə çatdırıb. Tələbələrə uğurlar arzulayan rektor təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.

 İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov institutda tələbələrin yiyələndikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək üçün istehsalat təcrübəsinin önəmli olduğunu vurğulayıb. Təcrübə müddətində gənclərə yaradılan şərait, iş mühiti, əsas fəaliyyət imkanları haqqında məlumat verilib.

Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi mayın 25-də başa çatacaq.

 





21.04.2019    çap et  çap et