525.Az

“Gənc Mühasiblər” İctimai Birliyi yeni layihənin icrasına hazırlaşır


 

“Gənc Mühasiblər” İctimai Birliyi yeni layihənin icrasına hazırlaşır<b style="color:red"></b>

“Gənc Mühasiblər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant müsabiqəsi çərçivəsində “Gənc sahibkarların biznes bacarıqlarının inkişafına yardım göstərilməsi” layihəsi ilə uğur qazanmışdır.

3 ay davam edəcək layihənin məqsədi gəncləri Azərbaycandakı sahibkarlıq fəaliyyəti barədə məlumatlandırmaq, onların biznes bacarıqlarının artırılmasına yardım göstərmək və bu sahədə şəxsi fikir və düşüncələrini öyrənməkdən ibarətdir.

Həmçinin gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etmək, ölkədə kiçik və orta sahibkarlığın inkişafına və sağlam biznes mühitinin formalaşmasına köməklik göstərməkdir. Layihə çərçivəsində Qəbələ şəhərində gənc sahibkarlar üçün təlimlərin keçirilməsi və Gənc Sahibkarlar Forumunun təşkili planlaşdırılır.

 





24.09.2013    çap et  çap et