525.Az

Ankarada şəhidin dəfn mərasimində Kılıçdaroğluna hücum edildi - Yenilənib


 

Ankarada şəhidin dəfn mərasimində Kılıçdaroğluna hücum edildi - <b style="color:red">Yenilənib </b>

Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində bir qrupun hücumuna məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiyasının qərargahına gəlib.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə müxalifət psrtiyasının lideri hücumdan sonra aparıldığı evdən müdafiə naziri Hulusi Akar və polisin müşayiəti ilə çıxıb və zirehli maşına əyləşdirilib.

CHP sədri zirehli maşınla partiya qərargahına gətirilib. K. Kılıçdaroğlunu Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş da müşayiət edib.

Qeyd edək ki, hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

*** 16:00

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Bir qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq,  CHP liderinə yumruq zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib. Qrup evə daş-kəsək atıb.

Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışır. Evin qarşısına bir zirehli maşın da gətirilib.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

 





21.04.2019    çap et  çap et