525.Az

Los Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi


 

Los Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi <b style="color:red"></b>

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda azərbaycanlı fotoqraf Etibar Cəfərovun əsərlərindən ibarət sərgi keçirilib.

Baş Konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin Los Ancelesdəki baş konsulları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirin 18 aprel - Dünya İrsi Gününə həsr olunduğunu qeyd edib. UNESCO tərəfindən Azərbaycanın bir sıra tarixi abidələrinin Dünya Mədəniyyət Mirasları siyahısına salındığını bildirən N.Ağayev, bu gün sərgidə onların da nümayiş etdirildiyini vurğulayıb. Sonra baş konsul fotoqraf E.Cəfərovu qonaqlara təqdim edib.

E.Cəfərov öz yaradıcılığı haqqında danışaraq, iştirak etdiyi, o cümlədən, qalib gəldiyi beynəlxalq müsabiqələr haqqında məlumat verib. O həmçinin müəllifi olduğu bir neçə fotonun maraqlı tarixçəsini qonaqlarla bölüşüb.

Daha sonra E.Cəfərovun çəkdiyi fotolar əsasında hazırlanmış, İçərişəhər və digəri Azərbaycanın müxtəlif bölgələrini, orada yaşayan milli və dini azlıqları, tarixi abidələrı, ölkəmizin füsunkar təbiətini, Bakının qədim və çağdaş memarlığını özündə əks etdirən iki video-çarx nümayiş etdirilib.

Çıxışlardan sonra Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Tədbirin qonaqları sərgi ilə tanış olublar.

 





22.04.2019    çap et  çap et