525.Az

Avropa Oyunlarında Azərbaycan idmançılarının hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib


 

Avropa Oyunlarında Azərbaycan idmançılarının hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib<b style="color:red"></b>

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək batut gimnastikası və tamblinq üzrə yarışların püşkü atılıb.

ONA-nın məlumatına görə, “Minsk Arena”da baş tutan mərasimdə yarış iştirakçılarının çıxış edəcəyi sıra nömrələri müəyyənləşib.

Mükafatlar üçün mübarizə aparacaq 24 kişi gimnast arasında yer akan 2 Azərbaycan təmsilçisinin də Oyunlara neçənci qoşulacağı bilinib. Birinci idmançımız azarkeşlər qarşısına 9-cu, ikinci atletimiz 17-ci çıxacaq.

Kişi cütlərinin mübarizə apardığı sinxron hərəkətlərdə isə mükafatlara 8 ölkə iddia edəcək. Milli üzvləri 7-ci nömrə altında qüvvəsini sınayacaq.

Qadınların 24 fərdi və 8 cüt yarışlarında isə Azərbaycan idmançısı olmayacaq.

Qeyd edək ki, bu növ üzrə yarışlar iyunun 24-də və 25-də olacaq.


 

 





22.04.2019    çap et  çap et