525.Az

Müddətsiz müqavilə ilə işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı


 

Müddətsiz müqavilə ilə işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı <b style="color:red"></b>

Aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

S.QARAYEVA

 

 





22.04.2019    çap et  çap et