525.Az

Nantda Azərbaycan məktəbi açıldı


 

Nantda Azərbaycan məktəbi açıldı<b style="color:red"></b>

Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Açılış mərasimində Azərbaycanın Fransadakı Səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, eləcə də bu ölkədə yaşayan, fəaliyyət göstərən 90 nəfərə yaxın azərbaycanlı iştirak edib.

Tədbirdə çıxış edən komitə sədri F.Muradov sözügedən məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda, bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi olduqca zəruridir.

Türkiyənin Nantdakı baş konsulu E.Çubukçu isə bildirib ki, Nantda Azərbaycan məktəbinin açılması vacib addım idi. O qeyd edib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir. Məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Qeyd edək ki, məktəbdə kitabxana da fəaliyyət göstərir. Kitabxanada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

C.ABASOV

 

 





22.04.2019    çap et  çap et