525.Az

Şri-Lankada aprelin 23-ü matəm günü elan edilib


 

Şri-Lankada aprelin 23-ü matəm günü elan edilib<b style="color:red"></b>

Şri-Lanka hökuməti paytaxt Kolombodakı partlayışlarda həlak olanların xatirəsi üçün aprelin 23-nü milli matəm günü elan edib.

“Report” “News1ST”a istinadən xəbər verir ki, hökumət həmçinin ölənlərin meyitlərini şəxsiyyətləri müəyyənləşdirdikdən sonra ən qısa zamanda yaxınlarına təhvil vermək barədə göstəriş verib.

Son məlumata görə, terror hücumu nəticəsində 290 nəfər həlak olub, 500-dək insan xəsarət alıb.

 





22.04.2019    çap et  çap et