525.Az

Kreml: "Putin hələlik Zelenskini təbrik etməyi planlaşdırımır"


 

Kreml: "Putin hələlik Zelenskini təbrik etməyi planlaşdırımır"<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin hələlik Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini təbrik etməyi planlaşdırmır.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin niyə belə qərar qəbul etməsi ilə bağlı suala Rusiya prezidentinin sözçüsü belə cavab verib:

"Konkret işlərə və konkret addımlara görə mühakimə etmək lazımdır. Seçkilərin rəsmi nəticələri isə hələlik elan olunmayıb".

D. Peskov Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı Rusiyada yaşayan Ukrayna vətəndaşlarına səsvermədə iştirak imkan yaradılmamasının nəticələrin legitimliyini sual altına qoyduğunu əlavə edib.

 





22.04.2019    çap et  çap et