525.Az

Cari ilin 3 ayı ərzində 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib


 

Cari ilin 3 ayı ərzində 32 mindən çox şəxsə peşəyönümü məsləhətləri verilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkilini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, cari ilin 3 ayı ərzində respublika üzrə 32 min 849 vətəndaş bu tədbirlərə cəlb olunub. Onlardan 22 mindən çoxu gənclərdir.

Peşəyönümünə cəlb olunan şəxslərə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. İştirakçılara düzgün peşə seçiminə dəstək məqsədilə məsləhət xidmətləri göstərilib. Onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıblar.

İl ərzində respublikamızın şəhər və rayonlarındakı məktəblərdə peşəyönümü tədbirləri davam etdiriləcək. 

CEYHUN

 





22.04.2019    çap et  çap et