525.Az

Təcili tibbi yardım “Formula 1”-lə bağlı gücləndirilmiş iş rejiminə keçir


 

Təcili tibbi yardım “Formula 1”-lə bağlı gücləndirilmiş iş rejiminə keçir<b style="color:red"></b>

Sabahdan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə ONA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı 26 tibbi yardım briqadası idmançılara və qonaqlara xidmət göstərəcək.

“12 tibbi yardım briqadası Bakı Şəhər Halqasının ətrafında, 12 tibbi yardım briqadası Dənizkənarı Milli Parkda və Bakı Kristal Hallın ətrafında tədbir zamanı tibbi yardım xidmətini təşkil edəcək. 2 briqada isə idmançıların yaşadığı ərazidə xidmət göstərəcək”, - R. Nağıyev qeyd edib.

Xatırladaq ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi aprelin 26-28-da Bakıda keçiriləcək.

 





22.04.2019    çap et  çap et