525.Az

AYB: "Nəriman Nərimanovun məzarı Azərbaycana gətirilməldir”


 

AYB: "Nəriman Nərimanovun məzarı Azərbaycana gətirilməldir”<b style="color:red"></b>

“Azərbaycan Yazıçılar Birliyi olaraq hesab edirik ki, Nəriman Nərimanovun məzarı Azərbaycana gətirilməldir”.

Bu barədə Modern.az-a Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan xalqı öz övladına yiyə durmalıdır.

“Bu mübahisəli məsələdir. Lakin Azərbaycan xalqının yazıçısı, maarifçisi, dramaturqunun məzarını Kremlin divarları yaxınlığından köçürmək istəyirlərsə, biz ona yiyə çıxmalıyıq”.

AYB-dən N.Nərmanovun köçürüləcəyi yerdən də çox şeyin asılı olduğu bildirilib.

“Əgər o, şərəfli, adına layiq yerdə dəfn olunarsa, bu zaman dövlətlərarası razılaşma aparılmalıdır. Hər halda Hüseyn Cavidin nəşi Sibirdə yox olmaq dərəcəsində idi və o vaxt onun nəşinin Azərbaycana gətirilməsi həyata keçirildi. Amma Nəriman Nərimanovun məzarı Kremlin divarları arasında dəfn olunub və bunlar başqa-başqa məsələlərdir”.

Qeyd edək ki, Moskvadakı Qızıl Meydanda, Kremlin divarları yaxınlığındakı qəbirlər Mtışi Federal Hərbi Memorial qəbiristanlığa köçürüləcək. Ümumən Lenin mavzoleyinin arxasında yerləşən nekropolda 116 nəfər dəfn olunub. Məzarı başqa məkana daşınacaq şəxslər arasında sovet Azərbaycanın ilk rəhbərlərindən biri olmuş Nəriman Nərimanov da var.  

 





24.09.2013    çap et  çap et