Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Kiçik Dəniz” küçəsinina adı dəyişdirilərək, bəstəkar Süleyman Ələsgərov küçəsi adlandırılıb.
Modern.az-ın məluamtına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əizov bununla bağlı sərəncam imzalayıb.
İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a faktı təsdiqləyib.
Bildirib ki, sərəncam professor Süleyman Əyyub oğlu Ələsgərovun adının əbədiləşdirilməsilə əlaqədar imzalanıb.
Xatırladaq ki, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artist Tahir İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsini xahiş etmişdi.