525.Az

Qar uçqununda itkin düşmüş hərbçinin meyiti tapıldı


 

Qar uçqununda itkin düşmüş hərbçinin meyiti tapıldı <b style="color:red"></b>

Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşmüş hərbçinin meyiti tapılıb.

FHN-dən verilən məlumatda bildirilir ki, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 





23.04.2019    çap et  çap et