525.Az

Heydər Əliyev prospekti bir neçə saata açılacaq


 

Heydər Əliyev prospekti bir neçə saata açılacaq<b style="color:red"></b> Bu gün səhər saatlarında nəqliyyatın hərəkəti üçün bağlanan Heydər Əliyev prospektinin əsas hissəsi yaxın saatlarda açılacaq.
 
Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” AS-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyev qeyd edib ki, yolun bağlanmasına güclü yağışın yağması nəticəsində ərazidən keçən kanalizasiya xəttinin sıradan çıxması səbəb olub: “Həmin ərazidəki problem “Azərsu” əməkdaşları tərəfindən aradan qaldırılıb, boru dəyişdirilib və betonlama işləri görülüb. Yaxın saatlarda prospektin həmin hissəsi asfaltlanacaq və nəqliyyatın normal hərəkəti bərpa ediləcək”.
 
“Azəryolservis” rəsmisinin bildirdiyinə görə, güclü yağışın təsiri ilə Bağırov körpüsü adı ilə tanınan yol ötürücüsünün kənarında bir neçə divar daşı qopub: “Həmin problem də yaxın zamanlarda aradan qaldırılacaq və köməkçi yollarda nəqliyyatın təhlükəsiz hərəkəti təmin ediləcək”.
 





24.09.2013    çap et  çap et