525.Az

İki rayonda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.


 

İki rayonda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.<b style="color:red"></b>

Aprelin 26-da paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 45 nömrəli tam orta məktəbdə (Ünvan: F.Xoyski küçəsi 117) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

S.QARAYEVA

 





23.04.2019    çap et  çap et