525.Az

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər


 

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində görüşəcəklər.

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib.
 
O, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoqun aparılacağını deyib. 

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.

 





23.04.2019    çap et  çap et