525.Az

Şri-Lankada daha bir partlayış baş verib


 

Şri-Lankada daha bir partlayış baş verib<b style="color:red"></b>

Şri-Lankada daha bir partlayış baş verib.

ONA-nın “Tamilwin”ə istinadən verdiyi məlumata görə, partlayışı yerli polis törədib.

Bildirilir ki, polis əməkdaşları yoxlama məqsədi ilə Savoy kinoteatr yaxınlığındakı şübhəli skuteri partladıblar. Nəticədə nəqliyyat vasitəsində heç bir partlayıcı vasitə aşkarlanmayıb.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada Pasxa bayramı ərəfəsində 8 partlayış baş verib. Parlayışın əksəriyyəti kilsə və otellərdə törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb. Ölənlər arasında 35 xarici ölkə vətəndaşı var. Hadisə ilə bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 





24.04.2019    çap et  çap et