525.Az

Paşinyanla milyarder müxalifət lideri arasında münasibət gərginləşib


 

Paşinyanla milyarder müxalifət lideri arasında münasibət gərginləşib<b style="color:red"></b>

Ermənistanın Baş Naziri Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının sədri, milyader Qaqik Sarukyan arasında gərginlik artır, fikir ayrılığı dərinləşir.

“Report” xəbər verir ki, bu barədə “Jamanak” məlumat yayıb.

Bildirilib ki, hakimiyyət Sarukyanın mülkiyyətini təftiş etmək niyyətindədir: “Sahibkar isə Ermənistanda mülkiyyətin yenidən bölüşdürülməsinin ondan başlaya biləcəyi narahatdır”.

Sarukyan mülkiyyətinin təhlükə ilə üzləşəcəyindən qorxur.

Bildirilib ki, bu kimi səbəblərdən Nikol Paşinyanla müxalifət lideri Sarukyan arasında son görüşdən sonra münasibətlər normallaşmaqdansa, daha da gərginləşib.

 





24.04.2019    çap et  çap et