525.Az

Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silah və texnikaya baxış keçirilib


 

Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silah və texnikaya baxış keçirilib<b style="color:red"></b>

Mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış keçirilib.

Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd olunub ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

 





24.04.2019    çap et  çap et