525.Az

Lənkəranda “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub


 

Lənkəranda “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub<b style="color:red"></b>

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub.

Açılış mərasimindən əvvəl ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılmışdır.

Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, İnstitutun Dinşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə, Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı seminarın əhəmiyyəti barəsində fikirlərini bildirərək qeyd edib ki, bugünki tədbirdə ölkəmizin 10 müxtəlif rayonundan olan dini icma sədrləri və din xadimləri iştirak edir. Mənəvi Dəyərlərin Təbliği Fondu həyata keçirdiyi bu kimi tədbirlərlə ölkəmizdə mövcud olan vəhdət ənənələrinin gücləndirilməsinə böyük töfhə verir.

Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycanda vəhdət ənənəsinin qorunması hər bir müsəlman üçün mənəvi borcdur. İcraçı direktor qeyd edib ki, bu ənənələrin inkişafı və möhkəmləndirilməsində din xadimləri və ilahiyyatçıların rolu böyükdür. M.İsmayılov diqqətə çatdırıb ki, biz dini mövzuda yazılmış əsərlərimizə, mədəni irsimizə, ilahiyyatçı alimlərimizin təfsir kitablarına nəzər saldığımız zaman vəhdət ənənəsinin köklərinin nə qədər dərin olduğunun şahidi oluruq.

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə ölkəmizdə tarixən müxtəlif dinlər və məzhəblər arasında mövcud olan vəhdətdən, möminlərin qardaşlığından bəhs edib. Layihənin ilk tədbirinin Lənkəran şəhərində keçirildiyi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Lənkəran rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

S.QARAYEVA

 





24.04.2019    çap et  çap et