525.Az

SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə başlayacaq


 

SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə başlayacaq<b style="color:red"></b>

SOCAR-ın Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlanması 2020-ci ildə planlaşdırılır. ONA-nın məlumatına görə, bunu SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər beynəlxalq konfransında çıxış zamanı “SOCAR Türkiyə”nin layihə direktoru Emil Alxaslı bildirib.

Onun sözlərinə görə, yeni kompleksin istismara verilməsi 2023-cü ilin sonuna nəzərdə tutulur. Kompleks ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu və 400 min tona yaxın benzol istehsal edəcək.

E. Alxaslı qeyd edib ki, kompleksin imkanları Türkiyəni saflaşdırılmış tereftal turşusunda olan tələbatı təmin etməyə imkan verəcək. İstehsal edilən benzol isə başqa ölkələrə ixrac olunacaq.


“İlkin hesablamalara görə, kompleksin tikintisi 2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Bu ilin sonunadək layihənin dəyəri tam dəqiqləşdiriləcək.

Cari ilin may ayında layihələndirmə üzrə tender yekunlaşdırılacaq. Layihələndirmə işləri bir il ərzində aparılacaq”, - deyə E. Alxaslı bildirib.


 

 





24.04.2019    çap et  çap et