525.Az

“Türkü soyqırımda suçlayanlar ermənilərin törətdiyi qətliamlardan yaranan kütləvi məzarlıqlara baxsınlar”


 

 “Türkü soyqırımda suçlayanlar ermənilərin törətdiyi qətliamlardan yaranan kütləvi məzarlıqlara baxsınlar”<b style="color:red"></b>

“24 apreldə erməni məsələsini gündəmə gətirən imperialist güclər var, Fransa da bu güclərdən biridir”.

Bunu ONA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Şamil Ayrım deyib.

Türkiyəli deputat Fransada 24 aprelin “erməni soyqırımını anma günü” elan edilməsini sərt tənqid edib: “Fransa Əlcəzairdə xeyli insanın qətliamına məsuldur. Bir gecədə 8 min kəndi yerlə bir etdilər, milyon yarım insanı qətlə yetirdilər. O səbəbdən bu mövzuda ən son danışacaq ölkə Fransa olmalıdır”.

Millət vəkilinin fikrincə, bu məsələlər parlamentlər tərəfindən deyil, elm adamları tərəfindən araşdırılmalıdır: “Türkiyə dövlətinin də, türk əcdadlarımızın da məsum insanları qətlə yetirəcək bir hərəkəti olmayıb. Hələ soyqırım kimi çox ciddi bir cinayəti etməsi mümkün deyil. Mən əslən İqdırlıyam. Türkü soyqırımda ittiham edənlər İqdırda, Qarsda, Ərzurumda ermənilərin törətdiyi qətliamlardan yaranan kütləvi məzarlıqları görsələr, bizim nə qədər haqlı olduğumuzu bilərlər. Təəssüf ki, bunları hələ də dünyaya anlatmaqda çətinlik çəkirik. Bilikli gənclərimizlə, iş adamları və elm xadimləri ilə, Türkiyəmizi və Azərbaycanımızı yönəldənlərlə birgə biz “erməni soyqırımı”nın saxta olduğunu sübuta yetirməliyik. Biz ermənilərin haqsız yerə işğal etdikləri Qarabağ torpaqlarının tərk etməsini, BMT-nin qəbul etdiyi qətnamələri Ermənistanın yerinə yetirməsini istəyirik. Azərbaycanın 20 faiz ərazisi 27 ildir erməni işğalı altındadır. Əlbəttə, bütün bunların hesabı bir gün sorulacaq”.

 





24.04.2019    çap et  çap et