525.Az

Təhsil Nazirliyi “Formula-1” ilə bağlı məktəblərə müraciət edib


 

Təhsil Nazirliyi “Formula-1” ilə bağlı məktəblərə müraciət edib<b style="color:red"></b>

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə 26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təlimatı məktubu göndərilib.

Nazirlikdən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

 





24.04.2019    çap et  çap et