525.Az

Milli Kitabxanada növbəti sərgi - “İlham Qəhrəman-60”


 

Milli Kitabxanada növbəti sərgi - “İlham Qəhrəman-60”<b style="color:red"></b>

Aprelin 24-də Azərbaycan Milli Kitabxanasında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmanın (Qəhrəmanov İlham Umud oğlu) anadan olmasının 60 illik yubileyi münasibətilə “İlham Qəhrəman – 60” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, tərtib etdiyi, ön söz yazdığı, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





24.04.2019    çap et  çap et