525.Az

Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" monoqrafiyası nəşr olunub


 

Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" monoqrafiyası nəşr olunub<b style="color:red"></b>

Prezident İlham Əliyevin "Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi" haqqında bu ilin aprelin 10-da imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin Macarıstandakı səfiri, görkəmli alim Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" adlı monoqrafiyası Bakı Atatürk Mərkəzinin xətti ilə çap edilib.
 
Mərkəzin direktoru, akademik Nizami Cəfərov kitaba "Türk dünyasının iki böyük insanının dostluq hekayəsi" adlı geniş müqəddimə yazıb. Kitab böyük Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsinə - Qurtuluş savaşına başlanmasının 100 və Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunub.

Kitabda azərbaycanlı mütəfəkkirlə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk arasında 1919-cu ildə başlayan və təxminən 20 ilə yaxın davam edən dostluq əlaqələrinin, işgüzar və şəxsi-ailəvi münasibətlərin geniş mənzərəsi öz əksini tapıb.

Hazırda Qazaxıstanın paytaxtı Nursultan şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası əsərin türkcə nəşrini çapa hazırlayır.

 





24.04.2019    çap et  çap et