525.Az

ADA Universitetində Frida Kahlo haqqında tamaşa


 

ADA Universitetində Frida Kahlo haqqında tamaşa <b style="color:red"></b>

Aprelin 22-də ADA Universitetində Meksikanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə bu təhsil ocağının tələbələri tərəfindən tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa tanınmış meksikalı rəssam Frida Kahloya həsr olunub.

Frida həyatında çox çətinliklərlə üzləşib. O, hələ uşaq ikən poliomielit xəstəliyindən əziyyət çəkib. Məktəb illərində küçəni keçən zaman tramvayın altında qalıb. Bir neçə dəfə cərrahi əməliyyat olunsa da, ayağı tam sağalmır və bu da onun həyatına öz möhürünü vurur. Onun rəsmləri həyatında keçirdiyi çətinlikləri əks etdirir, keşməkeşli ömrünün obrazını ifadə edir. Hazırlıq məktəbində oxuyanda 2 min tələbə arasında 38 qızdan biri olub. Bu o deməkdir ki, o, nəinki rəssam, eyni zamanda, bir qadın kimi öncüllərdəndir. Dieqo Rivera ilə tanış olanda o, Mexikoda divar rəsmləri çəkirdi. Sonradan o, Fridanın həyat yoldaşı olur. Ailə həyatında tez-tez ayrılır və yenidən barışırlar.

Tamaşanın dekorasiyasında Frida Kahlonun rəsm əsərlərindən istifadə olunub.

 





24.04.2019    çap et  çap et