525.Az

Hava küləkli olacaq


 

Hava küləkli olacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 26-na gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
 
Güclü qərb və şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 17-19 dərəcə,  gündüz 19-24 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 26-da əsasən yağmursuz hava gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti gözlənilir.
 





25.09.2013    çap et  çap et