525.Az

Pullu kitablar kimə və hansı halda satılmalıdır? - açıqlama


 

Pullu kitablar kimə və hansı halda satılmalıdır? - <b style="color:red">açıqlama</b> Müəyyən qiymət qoyulan dərsliklərin bazarlarda pulla satılması bəzi hallarda məqsədəuyğundur.

Bunu 525.az- a açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O bildirib ki, hər il respublikanın orta məktəblərində təhsil alan şagirdlərin sayı qədər dərsliklər dövlət hesabına çap olunaraq pulsuz şəkildə paylanılır. Ancaq bununla yanaşı bəzi hallarda dərsliklərə ehtiyac yarandığını deyən şöbə müdiri vurğulayıb ki, bu ehtiyacın ödənməsi üçün dərsliklərin müəyyən məbləğdə pulla satılması mümkündür:

“Orta məktəb müəllimləri üçün bu dərsliklər pulsuz hazırlanmır. Belə olduğu halda müəllimlər, ali məktəblərə hazırlaşan abituriyentlər, ali məktəblərdə əyani pedaqoji təcrübəyə gedənlər bu dərsliyi hardan almalıdırlar? Buna görə də nəşriyyat-poliqrafiya müəssisələri bu dərslikləri öz vəsaitləri hesabına çap edərək pulla satırlar”.

Pullu kitabların qiymətinin nəyə əsasən müəyyənləşdirməsinə gəlincə F.Şahbazlı əlavə edib ki, nəşriyyat-poliqrafiya müəssisəsi öz malını bazara çıxararkən müəyyən qiymət təyin edir və ona uyğun da satır. Saxta dərsliklər məsələsinə gəlincə, şöbə müdiri deyib ki, bu məsələ elə də gündəmdə deyil. Onun sözlərinə görə, nəşriyyat poliqrafiya müəssisələri kifayət qədər vəsaitlərini bazara çıxarırlar. Lakin hər bir halda saxta yolla çap olunan dərsliklər rənglərinin solğunluğu, səhifələrin keyfiyyətsiz olması ilə seçilir.

S.QARAYEVA
 





10.10.2012    çap et  çap et