525.Az

Putinlə Kim Çen In arasında geniş tərkibdə görüş başlayıb


 

Putinlə Kim Çen In arasında geniş tərkibdə görüş başlayıb<b style="color:red"></b> Vladivostokda Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında geniş tərkibdə görüş başlayıb. ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əvvəlcə görüş təkbətək baş tutub.

Görüş planlaşdırılandan fərqli olaraq bir saatdan çox davam edib. V. Putin Kim Çen In-ın KXDR-nin sədri seçilməsi münasibəti ilə təbrik edib: “Əminəm ki sizin ən yüksək postda fəaliyyətiniz ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq və dostluq əlaqələrinin və Koreya yarımadasında sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək”.

Görüşdən sonra Vladimir Putin deyib ki, Koreya lideri ilə hərtərəfli müzakirələr baş tutub və onlar ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Kim

Çen In Rusiyada olmaqdan məmnunluğunu dilə gətirib.
 





25.04.2019    çap et  çap et