525.Az

Putin və Kim Çen In Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər


 

Putin və Kim Çen In Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Vladivostokda Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə geniş tərkibli görüş öncəsi Vladimir Putin deyib.

O bildirib ki, təkbətək görüş zamanı Koreya yarımadasında vəziyyətin yaxşılaşması üçün hansı addımların atılmalı olduğuna dair müzakirə aparıblar.

Şimali Koreya lideri həmkarı Vladimir Putinlə Koreya məsələsini müzakirə etmək üçün Rusiyaya gəldiyini deyib: “Mən buraya şəxsən Vladimir Putinlə görüşərək dünyada birinci dərəcəli marağa səbəb olan Koreya yarımadasındakı vəziyyəti və onun sülh yolu ilə həlini müzakirə etməyə gəldim”,- deyə o, geniş tərkibli görüş başlamazdan öncə deyib.

Müzakirələr geniş tərkibli görüşdə davam edir.

 





25.04.2019    çap et  çap et