525.Az

Sərdar Kılıç: Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir


 

Sərdar Kılıç: Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir və bu bəyanatda türk və müsəlman xalqının ağrı-acısı qeyd olunub.

Trend-in məlumatına görə, bunu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç deyib.

S.Kılıç bildirib ki, erməni quldur dəstələrinin həmin vaxt Osmanlı dövlətinin dinc müsəlman əhalisini qətlə yetirməsi barədə çoxsaylı faktlar var.

Diplomat vurğulayıb ki, buna baxmayaraq Ankara dəfələrlə Yerevanı 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb, lakin Ermənistan hələ də buna reaksiya verməyib.

Qeyd edək ki, ötən gün Vaşinqtonda yaşayan Türkiyə və Azərbaycan vətəndaşları 1915-ci il hadisələri ilə bağlı etiraz aksiyası keçiriblər.

Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp Osmanlı İmperiyasında 1915-ci ildə qeydə alınan hadisələrlə bağlı bəyanatında yenə də "soyqırımı" sözündən istifadə etməyib. O, ənənəvi müraciətində "mets yeqern" ("böyük müsibət") ifadəsi ilə kifayətlənib.

 





25.04.2019    çap et  çap et