525.Az

DİM: Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər tətbiq ediləcək


 

DİM: Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər tətbiq ediləcək<b style="color:red"></b>

"Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi planlaşdırılır".

ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu il ilk dəfə olaraq kolleclərin “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək: "İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək".

 





25.04.2019    çap et  çap et