525.Az

"Ro-Pax" tipli gəmi-bərələrin tikintisi sürətləndirilib


 

"Ro-Pax" tipli gəmi-bərələrin tikintisi sürətləndirilib<b style="color:red"></b>

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Bakı Gəmiqayırma Zavoduna sifariş verdiyi iki ədəd unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisi sürətlə davam etdirilir. Hazırda zavodda birinci gəminin gövdə hissəsi 92,5%, ikinci gəminin gövdəsi isə 52,8% hazırdı.

Zavoddan ONA-ya verilən xəbər görə, unikal dizayna malik gəmilər texniki göstəricilərinə görə geniş imkanlara malik olacaq.

Uzunluğu 154,5, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər 56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq.

 

 





25.04.2019    çap et  çap et