525.Az

“Formula-1”: “Alfa Romeo”nun pilotunu Bakıda cəza gözləyir


 

“Formula-1”: “Alfa Romeo”nun pilotunu Bakıda cəza gözləyir<b style="color:red"></b>

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisi zamanı “Alfa Romeo” bolidlərində elektron idarəetmənin yeni sistemi quraşdırılacaq.

ONA-nın məlumatına görə, komandanın pilotu Antonio Covinassi mövsümdə üçüncü elektronika dəstindən istifadə edəcək.

Bu səbəbdən onu cəza gözləyir. Pilot bu addımı atacağı halda, start xəttinə sıralama turunda tutduğu mövqedə deyil, 10 pillə geridə başlayacaq.

Qeyd edək ki, Bakıdakı yarış aprelin 28-də olacaq.

 





25.04.2019    çap et  çap et