525.Az

“İçərişəhər” Qoruq İdarəsi: “Yayılan şəkillər 2011-ci ildə çəkilib”


 

“İçərişəhər” Qoruq İdarəsi: “Yayılan şəkillər 2011-ci ildə çəkilib”<b style="color:red"></b>

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qala divarlarında söküntü işlərinin aparılmasıyla bağlı iddialara aydınlıq gətirib.

İdarədən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan fotogörüntülər 2011-ci ildə qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib: “Hazırda İçərişəhərdə fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür”

Qeyd olunub ki, məsələnin kökündə 1954-cü ildə qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur: “Əfsuslar olsun ki, bu proses zamanı qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə qala divarlarının bərpasını həyata keçirib. Bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər layihə işləri hazırlayıblar. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərik”, - deyə məlumatda bildirilib.

 





25.04.2019    çap et  çap et