525.Az

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatdı


 

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatdı <b style="color:red"></b>

Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 22-24 apreldə keçirilən müsahibələrə 1170 müəllim qatılıb.

Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd olunub ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

 





25.04.2019    çap et  çap et