525.Az

Polşada akademik Yusif Məmmədəliyevin barelyefi açıldı


 

Polşada akademik Yusif Məmmədəliyevin barelyefi açıldı <b style="color:red"></b>

Aprel 24-də Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasında Yusif Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılış mərasimi keçirilib.

ONA xəbər verir ki, barelyefin qoyulması Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycanın Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, professor, Y.H.Məmmədəliyevin Memorial Muzeyinin direktoru Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak ediblər.

Akademiyanın Kimya fakültəsinin korpusunda Y.Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirilib, barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyulub.

 





25.04.2019    çap et  çap et