525.Az

Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi ilə bağlı tədbir


 

Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi ilə bağlı tədbir <b style="color:red"></b>

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.

ONA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.

Daha sonra iştirakçılar A. Aqarunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsini bir dədiqəlik sükutla yad ediblər. Milli Qəhrəman haqqında film nümayiş olunub.

Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Albert Aqarunov hafizəmizə köçən qəhrəmanlardan biridir: "Albert çox sadə oğlan idi, Azərbaycan ailələri ilə birgə böyümüşdü, onu savaşa getməyə heç kim məcbur etməyib. O, bizim oğlumuzdur, bizim torpağın uğrunda qurban gedib".

Anım mərasimində iştirak edən Milli Qəhrəmanın qardaşı Rançik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

"Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın qüruru” Qızıl Ordeni jurnalın baş redaktoru Emil Nəsirli tərəfindən Milli qəhrəmanın qardaşı Rançik Aqarunova təqdim olunub.

İqdırda Beynəlxalq Qondarma Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksel Gülbey çıxış edərək bildirib ki, belə milli qəhrəmanlar unudulmamalıdır:

"Ümumiyyətlə, vətənin bütövlüyü uğrunda mübarizə aparan qəhrəmanları türk milləti heç vaxt unutmayıb. İsrail qondarma erməni soyqırımını tanımayan ölkələrdəndir. Yanımızda olduğu üçün biz İsrailə minnətdarıq".

 





25.04.2019    çap et  çap et