525.Az

İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı - Fotolar


 

İntiqam Yaşar Daşkənddə kitablarını imzaladı - <b style="color:red">Fotolar</b>

Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis başqanı İntiqam Yaşarın Azərbaycanda çap olunmuş "...və susarsan" və "Evdə yoxam" şeir kitablarının qardaş ölkənin paytaxtı Daşkənddə imza günü təşkil olunub.

Şairin 525.az-a verdiyi məlumata görə, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin təşkilatçılığı ilə baş tutan imza günündə birliyin başqanı Mehrinaz Abbasova, Özbəkistan Yazıçılar Birliyinin ədəbi orqanı olan "Gənclik" dərgisinin baş redaktoru Faxrəddin Hayyit, "Kitab dünyası" qəzetinin Tərcümə işi və beynəlxalq əlaqələr bölməsinin başqanı Mirzahid Müzəffər, gənc yazarlar Şəhriyar Şövkət, Nazimə Həbibulla, Firuzə Xeyrulla və başqaları çıxış edib, şeirlər haqda fikirlərini bölüşüblər.

Sonda şair şeir oxuyub, kitab imzalayıb.

Qeyd edək ki, Özbəkistan mətbuatında şeirləri özbək türkcəsinə uyğunlaşdırılaraq mütəmadi çap olunan İntiqam Yaşarın Özbəkistanda yeni şeirlər kitabı çapa hazırlanır.

 





25.04.2019    çap et  çap et