525.Az

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs edildi


 

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs edildi <b style="color:red"></b>

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

 





26.04.2019    çap et  çap et