525.Az

Səfir: “Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”


 

Səfir: “Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”<b style="color:red"></b>

“Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verilməlidir”, - səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.

 





26.04.2019    çap et  çap et