525.Az

Aktrisa Mehriban Xanlarova qəzaya düşdü


 

Aktrisa Mehriban Xanlarova qəzaya düşdü<b style="color:red"></b>

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.

ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.

Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Avtoqəzanın təfərrüatları araşdırılır.

 





26.04.2019    çap et  çap et