525.Az

Xaçmazda canavarlar 30 qoyunu parçaladı


 

Xaçmazda canavarlar 30 qoyunu parçaladı <b style="color:red"></b>

Xaçmaz rayonunda canavarlar təsərrüfata hücum edib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəbəli kəndində qeydə alınıb.

Yırtıcılar kənd sakini Rəhman Məmmədova məxsus 30 baş qoyunu parçalayıb. Onlardan 15-i tələf olub, 15-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

 





27.04.2019    çap et  çap et