525.Az

Tanınmış tərcüməçi Akif Qəhrəmanlının anım tədbiri keçirildi


 

Tanınmış tərcüməçi Akif Qəhrəmanlının anım tədbiri keçirildi <b style="color:red"></b>

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış yazıçı-jurnalist, mahir tərcüməçi Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş anım günü və onun haqqında xatirələrin toplandığı "Mən sabah da varam" kitabının təqdimatı keçirilib.

Mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə açıb, toplaşanlara Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını çatdırıb.

Mərhum jurnalist Akif Qəhrəmanlının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçılarından İsrafil Qurbanov, Əlirza Xələfli, Esmira Şükürova, Şəfəq Nasir, Teymurşah Xaspoladov, Əntiqə Qonaq, Şəmsiyyə Kərimova, Rafiq Savalan, Rafiq Hacıyev, Tahir Aydınoğlu və başqaları çıxış ediblər.

Mərasimdə Akif Qəhrəmanlının müxtəlif illərdə nəşr olunmuş kitabları nümayiş etdirilib, onun portreti önünə tər çiçəklər düzülüb.

Mərhumun qardaşı Eldar Qəhrəmanov ailə üzvləri adından çıxış edərək Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarna minnətdarlığını bildirib.

 





28.04.2019    çap et  çap et