525.Az

Milli qəhrəmanlara həsr olunan film çəkilib- Fotolar


 

Milli qəhrəmanlara həsr olunan film çəkilib- <b style="color:red">Fotolar</b> Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli- bədii filminin çəkilişləri başa çatıb.

Filmin rejissoru və prodüseri Elnur Əliyevin 525.az-a verdiyi məlumata görə ekran əsəri  Qazax rayonunun üç milli qəhrəmanı: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yoluna işıq salır. Qazax, Füzuli, Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor filmdə qəhrəmanların həyatlarının  maraqlı hissələrinə daha artıq diqqət ayrıldığını bildirib.

Filmin ssenari müəllifi  Kamran Qasımov, quruluşçu operatoru  Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.

Məlumat üçün bildirək ki, “Qartal yuvası” rejissorun milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Belə ki, daha öncə o Gədəbəy rayonunun dörd milli qəhrəmanının şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”nı çəkib.

E.Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülüb.





 





25.09.2013    çap et  çap et