525.Az

Bakıdakı avtobus qəzasında 27 nəfər xəsarət alıb, 4-nün vəziyyəti ağırdır - Rəsmi


 

Bakıdakı avtobus qəzasında 27 nəfər xəsarət alıb, 4-nün vəziyyəti ağırdır - <b style="color:red">Rəsmi </b>

Dünən axşam saatlarında Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə baş verən qəza ilə əlaqədar 3 saylı şəhər Klinik Xəstəxanasına 27 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinden verilən məlumata görə, hazırda xəstəxanada7 nəfər müalicəsini davam etdirir.

Onlardan 4-ü reanimasiya şöbəsindədir, vəziyyətləri ağır stabildir. 3 nəfər isə travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, dünən Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10 TG 909" dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

 





28.04.2019    çap et  çap et