525.Az

Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar


 

Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - <b style="color:red">Fotolar</b>

"Sumqayıt -70" silsilə tədbirlər çərçivəsində Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin təşkilati dəstəyi ilə şairlər Emin Piri və Ulucay Akiflə görüş və imza günü keçirilib.

Tədbiri giriş sözü ilə Poeziya Evinin direktor müavini Elvin Əlizadə açıb.

Tədbirin aparıcısı AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin şairlərin yaradıcılığı haqqında məlumat verib.

AYB Qubadlı bölməsinin rəhbəri Namiq Məna, şairlər Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Sabir Yusifoğlu, Əli Nəcəfxanlı, Nadir Azayoğlu, Ələsgər Həsənli, Zirəddin Qafarlı, Arif Ərşad, Novruz Qələndərli, Kəramət Əmirli və başqaları hər iki şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Emin Piri və Ulucay Akif öz şeirlərini səsləndirib, sualları cavablandırıblar.

Sonda müəlliflər kitablarını imzalayıblar.

 





28.04.2019    çap et  çap et