525.Az

Azərbaycan və Özbəkistanın yaradıcı gəncləri əməkdaşlığa başlayırlar - Fotolar


 

Azərbaycan və Özbəkistanın yaradıcı gəncləri əməkdaşlığa başlayırlar - <b style="color:red">Fotolar</b>

Mərkəzi Azərbaycanda yerləşən Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan Gənc Yaradıcılar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi  Dünya Gənc Türk Yazarlar Birliyi tərəfdən təşkilatın Məclis Başqanı İntiqam Yaşar, Özbəkistanın Gənc Yaradıcılar Birliyi tərəfdən isə təşkilatın başqanı Mehrinaz Abbasova imzalayıb.

Bir neçə maddədən ibarət olan sənəddə iki ölkə ədəbiyyatının təbliği, gənclərin ədəbi fəaliyyəti istiqamətində səmərəli əməkdaşlıq, bədii tərcümə işi, digər qardaş ölkə və topluluqlarla da əməkdaşlıq, ədəbi əlaqələrin  genişləndirilməsi və s. məsələlər öz əksini tapıb.

Özbəkistanın Gənc Yaradıcılar Birliyi təşkilatı 2017-ci ildə ölkə prezidenti Şövkət Mirzoyayevin fərmanı ilə yaradılıb.

İl ərzində Dünya Gənc Türk Yazarlar Birliyi ilə Qırğızıstanın Nurborbor-Xalqlararası Gənclər Akademiyası arasında da memorandumun imzalanması nəzərdə tutulur.

 





28.04.2019    çap et  çap et